Cari ildə qəbul edilən minimum əməkhaqqı üzrə qərarların icrası ilə əlaqədar olaraq Bakı şəhəri və Laçının yerli xərclərində düzəlişə ehtiyac var.

İqtisadiyyat.az Ölkə.Az-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə 2024-cü il büdcə müzakirələri zamanı deyib.

“Büdcədən Bakının yerli xərcləri üçün 2,3 milyon manata, Laçın rayonu üçünsə 100 min manat artırılması nəzərdə tutulur”, - nazir qeyd edib.