“Bakı Mexanizasiya” ASC ləğv olunur.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müzakirələr ASC-nin səhmdarlarının iyulun 4-də keçiriləcək  illik ümumi yığıncağında aparılacaq.

Yığıncaqda cəmiyyətin ləğv olunması ilə əlaqədar Təsviyəçinin təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi, investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi, aktivlərin səhmdarlar arasında bölünməsi müzakirə olunacaq.

Qeyd edək ki, “Bakı Mexanizasiya” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 39 334 manatdır.