Bu ili yanvar-iyul aylarında Bakı Beynəlxalq Dəniz Ticarət Limanında ümumi yüklər terminalı vasitəsilə aşırılmış əlvan metalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 85,6 % artaraq 245 min ton olub.

İqtisadiyyat.az Bakı Limanına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü üzrə aşırılan əlvan metal məhsulların ümumi həcmi 132 min tondan çox olub.

Aşırılan əlvan metal məhsullarının əsas hissəsini Qazaxıstandan gətirilən alüminium, sink, mis katod, və qurğuşun yükləri təşkil edib.