"Azərbaycanın itkin düşən vətəndaşlarının taleyi ilə bağlı məlumat əldə edə biləcəyinə ümidvaram".

İqtisadiyyat.az-ın məlumatına görə, bu sözləri Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Moldova hökumətinin keçmiş rəhbəri Kiril Qaburiç deyib.

O vurğulayıb ki, hər bir dövlət bu cür münaqişələrdən uzaq durmağı bacarmalıdır:

"Dünyada yaxınlarını itirmiş hər bir ailəyə yardım göstərilməlidir. Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Azərbaycan vətəndaşlarının sayı təxminən 4 min nəfərdir".

Gülşən Şərif