İraq mərkəzi hökuməti ilə İraq Kürd Regional Rəhbərliyi arasında imzalanan razılaşmaya əsasən, İraq Kürd Regional Rəhbərliyi ixrac etdiyi neft gəlirlərini İraq Neft Nazirliyinə təhvil verəcək və neftdən başqa digər bütün gəlirlərini İraq Maliyyə Nazirliyinin Mərkəzi Bankdakı hesabına yatıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu şərtlər İraq mərkəzi hökuməti ilə İraq Kürd Regional Rəhbərliyi arasında neft ixracı ilə bağlı imzalanan yeni sazişdə yer alıb.

İraqın rəsmi xəbər agentliyi İNA Ərbil və Bağdad arasında əldə olunan yeni razılaşmanın təfərrüatlarını ictimaiyyətə açıqlayıb.

Yeni razılaşmaya əsasən, İraq Kürd Regional Rəhbərliyinin konstitusiyanın 12-ci maddəsində qeyd edildiyi kimi ixrac etdiyi neft gəlirlərini İraq Neft Nazirliyinə təhvil verəcəyi və neftdən başqa bütün gəlirləri İraq Maliyyə Nazirliyinin Mərkəzi Bankdakı hesabına yatıracağı qeyd edilib.