"Parisdə hücum zamanı həlak olan alman əsilli filippinli turistin ailəsinə başsağlığı verirəm. Avropada terrora yer yoxdur".

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Baerbok bildirib.

"Parisdən şok xəbər. Düşüncələrim islamçıların hücumu nəticəsində öldürülən gənc almanların dostları və ailəsi ilədir", - Baerbok "X"də yazıb. 

Nazir eyni zamanda zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb: "Avropada nifrət və terrora yer yoxdur".