Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) platformasının üst modulu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənərək dənizdəki əməliyyat yerinə çatdırılması üçün yola salınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb

Bildirilir ki, barj xüsusi yedək gəmilərinin müşaiyəti ilə təyinat məntəqəsinə göndərilib.

ACE platformasının üst modulunun çəkisi 19 600 ton, hündürlüyü 36 metrdir.

Qeyd edək ki, "Azəri Mərkəzi Şərqi" layihəsində istismar olunması üçün ASCO-nun "STB-1" barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib.