Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Monteneqronun XİN başçısı Filip İvanoviç ilə görüşdə iki ölkə arasında əlaqələrin genişləndirilməsini müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Monteneqro XİN-in "X" hesabında paylaşım olunub.

Bildirilib ki, görüş zamanı ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və xüsusilə enerji, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.