Bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 11 771.19 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 7,3% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Son bir ildə ölkə üzrə ixrac 3% azalaraq 7 741.33 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 37,7% artaraq 4 029.86 milyon ABŞ dollarına yüksəlib.

Xarici ticarət dövriyyəsinə 3 711.47 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 26,5% az olub.