“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyi siyasi partiyaların fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu öyrənmək səlahiyyətini itirir.

Bununla belə, Əsasnaməyə edilən əlavəyə görə, nazirliyə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsi verilir.