Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında İsrailə neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 % artaraq 1 milyon 995 min ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Bu müddət ərzində ölkənin İsrailə ixrac etdiyi neftin dəyəri isə 1,2 milyard dollar olub. Bu da illik müqayisədə 14,5 milyon dollar azdır.

2021-2023-cü illər ərzində Azərbaycanın İsrailə neft ixracının dəyəri isə belə olub:

 

İl

Statistik dəyər

2021

510,1 milyon dollar

2022

1,3 milyard dollar

2023

1,2 milyard dollar

 

Gözəl Həşimova