Bu il oktyabrın 1-nə Azərbaycanın valyuta ehtiyatları 65 milyard 299,3 milyon ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bunun 85 %-i və yaxud 55 milyard 524 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 15 %-i və yaxud 9 milyard 775,3 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 1 milyard 188,3 milyon ABŞ dolları və yaxud 1,9 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 608,9 milyon ABŞ dolları və yaxud 1,1 %, AMB-nin valyuta ehtiyatlarında isə 579,4 milyon ABŞ dolları və yaxud 6,3 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 12 milyard 245,6 milyon ABŞ dolları və yaxud 23,1 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 10 milyard 137,6 milyon ABŞ dolları və yaxud 22,3 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 108 milyon ABŞ dolları və yaxud 27,5 % artım nümayiş etdirib.