Azərbaycan Respublikasının sabiq müdafiə naziri vəfat edib.

İqtisadiyyat.az bu barədə Moderator.az-a istinadən xəbər verir.

Bildirilib ki, general-mayor, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri Dadaş Rzayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Xatırladaq ki, D.Rzayev 22 dekabr 1935-ci ildə Goranboy rayonunda doğulub. 1993-cü ildə cəmi 4 ay Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində işləyib. 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib. 2015-ci ildə isə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilib.