Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan Hindistana neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27 % azalaraq 1,3 milyon ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin Hindistana ixrac etdiyi neftin dəyəri isə 47,2 % azalaraq 817,4 milyon dollar olub.

 

Gözəl Həşimova