"Bir çox itkin düşmüş insanların taleyi hələ də qeyri-müəyyən olaraq qalır".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç deyib.

Onun sözlərinə görə, Azərbaycanın itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün atdığı addımlar alqışa layiqdir:

"Bu prosesdə ən vacibi qarşılıqlı etimad və səhvlərin etirafıdır. Serbiya və Xorvatiyanın bu məsələdə böyük təcrübəsi var".

Gülşən Şərif