Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 79,2 milyon dollar təşkil edib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,5% azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,24%-ni təşkil edib.
Əlavə edək ki, 2023-cü ilin eyni aylarında Azərbaycan 148,2 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.
Gözəl Həşimova