Azərbaycanın yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin kəsiri 210 milyon manat artırılaraq 2 milyard 789,3 milyon manata çatdırılır.

İqtisadiyyat.az-a bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait və özəlləşmədən əlavə daxilolmalar hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 % olacaq.