Azərbaycandan bu ilin yanvar-iyul aylarında Böyük Britaniyaya neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 78,9% azalaraq 195,1 min ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu müddət ərzində ölkənin Britaniyaya ixrac etdiyi neftin dəyəri isə 111,6 milyon dollar olub. Bu da illik müqayisədə 85,1% və ya 640,8 milyon dollar azdır.

 

Gözəl Həşimova