Bu gün yerli vaxtla saat 09:18-də İran ərazisində zəlzələ olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, maqnitudası 5.1 olan təkanlar Azərbaycanın sərhəd bölgələrində, o cümlədən Ağdam rayonunda da hiss olunub.