Sağlamlıq sosial, iqtisadi və individual inkişafın, eləcə də yaşam keyfiyyətinin əsas şərtlərindən biridir.

İnsanların xəstəliklər, onları yaradan faktorlar, diaqnostik üsullar, xəstəlik hallarında müalicə vasitələri haqqında bilikli olmaları onların sağlam yaşamına töhfə verə biləcək faktordur.

İnsanlar onların sağlamlığına zərər verə biləcək faktorlar haqqında məlumatlı olmalıdırlar. Bu məqsədlə də Azərbaycanda tibb sahəsində maarifləndirici xarakter daşıyan “Səhhət.az” saytı fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi insanlar arasında sağlamlıq haqqında biliklərin artırılmasıdır. Saytda Azərbaycanın ən peşəkar və təcrübəli həkimləri yer alır. Buradan istifadə edərək siz həkimlərə sual ünvanlaya bilə və ya xəstəliyinizə uyğun həkim tapa bilərsiniz.

Qeyd edək ki, saytın təsisçisi jurnalist Amil Hacıyevdir.