Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyev hakimlik fəaliyyətində son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.

İqtisadiyyat.az xəbər verir ki, onun icraatında olan işlər yekunlaşıb və hakimlik səlahiyyətləri başa çatıb.

Məhkəmə-Hüquq Şurasının ötən gün keçirilən iclasında təqaüdə yola salınan hakim uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdiyinə görə fəxri fərmanla təltif edilib.

Qeyd edək ki, N.Quliyev 2012-ci ildən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.