Rəqəmlərə istinadən demək olar ki, 2022-ci ildə selektiv abortların sayında azalma müşahidə olunur.

İqtisadiyyat.az xəbər verir ki, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatında əksini tapıb.

Qeyd edilib ki, 2022-ci il ərzində ümumi abortların sayı 31747-dir (ilkin rəqəmdir), 2021-ci ildə bu rəqəm 46877 olub.