1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoloqu Kərəm Yaqubov koronavirusa yoluxub.

Bu barədə həkim, Laçın Mərkəzi Rayon Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Orxan Cəbrayıl “Facebook” hesabında məlumat verib. 

O bildirib ki, K.Yaqubov reanimatoloq olaraq pandemiyanın ilk günlərindən COVID-19 xəstələrinin sağlamlığı uğrunda savaşıb.

O.Cəbrayıl qeyd edib ki, K.Yaqubov Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində müalicə alır.