Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2019-cu ilin iyunun 1-nə 24 834,03 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, eyni zamanda cari ilin aprel ayı ilə müqayisədə mayda geniş mənada pul kütləsi 1,5% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.