Azərbaycanda bu gün 16 583 nəfərə vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 374, ikinci mərhələdə isə bu rəqəm 9 209 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 440 243, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 946 834, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 493 409 nəfər təşkil edir.