“Qala Sıgorta”ASC-nin şəhadətnaməsi itib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sözügedən sənədin necə itdiyi naməlumdur.

Belə ki, şirkətə məxsus BB seriyalı, 778315 nömrəli ciddi hesabat blankı olan Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsi itib.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis-Azərbaycan" şirkətinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,944 milyon manatdır.