“Səba” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC ləğv edilir.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı dekabrın 11-də “Səba” ASC səhmdarları bir araya gələcək.

Səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaqda MMC-nin ləğv edilməsi haqqında qərar veriləcək.

Qeyd edək ki, ASC-nin səhmdarları bundan əvvəllər də MMC-nin ləğv edilməsi ilə əlaqədar dəfələrlə bir araya gəliblər.