Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 15 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan8 364 nəfər müalicə olunaraq sağalıb, 187nəfər vəfat edib, 6 818 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.