Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 10 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib.