Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 109,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4 %, qeyri-ərzaq məhsulları üzrə 108,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6 % təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Məlumata görə, noyabrda isə istehlak qiymətləri indeksi sentyabrla müqayisədə 99,8 %, ötən ilin oktyabr ayına nisbətən 102,6 % olub.