Azərbaycanda hansı hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə “mRNT Pfizer” (Comirnaty) peyvəndinin vurulacağı məlum olub. 

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaşı 16-18 olan xaricdə təhsil alan və xroniki xəstəlikdən əziyyət çəkən yeniyetmələr peyvənd olunacaqlar.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə “mRNT Pfizer” (Comirnaty) peyvəndi vurulacaq.