Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 330,9 milyon manat dəyərində məhsul istehsal edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 19,4% artım, geyim istehsalında 16,6%, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 6,6% azalma müşahidə olunub.

 

Gözəl Həşimova