2023-cü ilin yanvar-oktyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 1,8 milyard manat, yalnız oktyabr ayında isə 203,6 milyon manat dəyərində əməliyyat aparılıb.

Bu barədə İqtisadiyyat.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”na istinadən xəbər verir.

Qeyd edək ki, bu göstəricinin həcmi 2022-ci ilin oktyabr ayı ilə müqayisədə isə 30.9% və ya 54.6 milyon manat çoxdur.