Bugünədək Azərbaycanda dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 31 mln 99 min manat təşkil edib.

“Report” bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.

Məlumata görə, ötən ayla müqayisədə bu rəqəm 1 mln 975 min manat və ya 6,4% çox olub.

Qeyd edək ki, zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə ayrılıb.