Mərkəzi Gömrük Hospitalında COVID-19-dan müalicə alan Bakı şəhəri 26 saylı şəhər xəstəxanasının terapevti Gülnar Ağayeva ötən gün sağalaraq evə yazılıb.

Bu barədə hospitaldan məlumat verilib.

Məlumat üçün bildirək ki, G.Ağayeva ön cəbhədə virusa xəstələri müalicə etdiyi zaman yoluxub. Digər tibb müəssisəsində müalicə almasına baxmayaraq Gülnar həkimin səhhəti yaxşılaşmağa doğru getmirdi.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəhbərliyi ilə əldə olunan razılığa əsasən avqustun 12-də Gülnar Ağayeva Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsində yerləşdirildi. Daxil olarkən onun vəziyyəti kritik ağır idi, saturasiyası aşağı, hərarəti yüksək və nəfəs almaqda çətinlik çəkirdi. 
Hospitalın reanimatioloqlarının, infeksionist həkimlərinin və orta tibb personalının, bir sözlə böyük bir komandanın gecə-gündüz demədən gərgin əməyi sayəsində Gülnar Ağayeva sağalaraq doğmalarının yanına qayıtdı. İndi Gülnar Ağayevanın sağalmasına sevinən doğmaları, yaxınları, dostları Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, baş həkim Elman Məmmədova, Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi Tural Sadıqova, Hospitalını bütün reanimotoloqlarına, infeksionist həkimlərinə, orta və kiçik tibb personalına sonsuz minnətdardılar.
Dövlətimizin və Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında yaradılan şərait, tibbi avadanlıqlarla təmin olunma, dərmanların çatdırılması və yüksəkixtisaslı tibb personalının peşəkarlığı nəticəsində COVID-19 virusu ilə mübarizədə Hospitalda yüksək nəticələr əldə edilir. Mərkəzi Gömrük Hospitalının kollektivi Gülnar Ağayevaya sağlam həyat  arzulayır.report