Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

İqtisadiyyat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19-dan ölüm halı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 241 nəfər müalicə olunaraq sağalıb, 10 185 nəfər vəfat edib, aktiv xəstə sayı 444 nəfərdir.

Ölkədə son sutka ərzində 667, hazırkı dövrədək isə 7 561 346 test aparılıb.