“İnşaat Konstruksiyaları Zavodu” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 28-də keçirilməsi nəzərdə tutulub.

Yığıncaqda ötən il üçün maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı aparılacaq.

ASC-nin gəlirlə işləməməsinin səbəblərinin araşdırılması və yeni maliyyə mənbələrinin cəlb edilməsi, eləcə də digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, “İnşaat Konstruksiyaları Zavodu” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 370 930 manatdır.