Vəlvələçay-Taxtakörpü kanalında təmir-bərpa işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, məqsəd kanalın sağ tərəfində (Pk170+00 Pk171+74) torpaq sürüşməsinin aradan qaldırılması ilə bağlıdır.

Eyni zamanda burada terrasların yaradılması işləri həyata keçiriləcək.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC təmir işlərini “Dream Engineering Center” şirkətinə həvalə edib. Şirkət bu işləri 234 min manata həyata keçirəcək.

Xatırladaq ki,  Vəlvələçay-Taxtakörpü kanalı 2013-cü ildə istifadəyə verilib. Layihə o zaman Dövlət Neft Fondu, İslam İnkişaf Bankı və OPEK Fondu tərəfindən maliyyələşdirilib. Bu, özü axan kanaldır və Samur-Abşeron Kanalına (SAK) alternativdir. Bu kanaldan su Ceyranbatan su anbarına nasos stansiyaları ilə verilir. 

Ümumi uzunluğu 31,2 km olan Vəlvələçay-Taxtakörpü kanalının tikilməsinin məqsədi Bakı, Sumqayıt şəhəri, Abşeron yarımadasının su təchizatının yaxşılaşdırılması və torpaqların suvarılmasıdır. Əsas Vəlvələçay-Taxtakörpü kanalı suyu Samur-Abşeron kanalından başlayaraq əsas qurğu vasitəsilə Ceyrabatan-Taxtakörpüyə daşıyır. Kanalın maksimal su sərfiyyatı Q = 75 m³/s təşkil edir.