İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yer təkindən istifadə ilə bağlı dekabrın 14-də keçiriləcək hərracda üç faydalı qazıntı yatağı satışa çıxarılacaq.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Xidmətindən bildirilib.

Bunlar Ağdam rayonu “Qarqarçay” qum-çınqıl yatağı, Qaradağ rayonu “Gülbaxt” mişar daşı yatağı, Qaradağ rayonu “Vulkan” mişar daşı yataqlarıdır.

Başlanğıc qiyməti 1 660 - 45 684 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu dekabrın 7-də saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.

Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10 % miqdarında beh məbləğini ödəmək istəyənlər Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20).

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029. Çağrı mərkəzi: 195-1, tel: (012) 566-07-44