Bu ilin yanvar-may aylarında Azərbaycana 965 556 xarici vətəndaş səfər edib.

İqtisadiyyat.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35 % çoxdur.

Təkcə may ayında ölkəyə 239 272 nəfər gəlib. Bu da ötən ilki göstəriciyə nisbətən 26 % çoxdur.