Azərbaycan Xarici İşlər Nazirliyi Liviyaya başsağlığı verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media səhifəsində paylaşım edilib.

"Liviyadan böyük insan tələfatına səbəb olan güclü daşqınlarla bağlı dağıdıcı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda dualarımız sizinlədir", - paylaşımda deyilir.