"Bu gün Ermənistanın yerləşdirdiyi növbəti minanın partlaması nəticəsində Kəlbəcərdə bir arıçı ağır yaralanıb, Azərbaycanda 2020-ci il müharibəsindən sonra qurbanların sayı 303 nəfərə çatıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tvitter hesabında yazıb.

"Azərbaycan Ermənistanın mina təhlükəsinə göz yummamağa çağırışını təkrar edir", - Nazirlik əlavə edib.