Azərbaycan bu ilin yanvar-noyabr aylarında 150,8 milyon dollar dəyərində pambıq ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin pambıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 47,9 milyon dollar azalıb.

Hesabat dövründə pambıq ixracı Azərbaycanın ümumi ixracının 0,48%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə ölkənin pambıq ixracının dəyəri 198,7 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova