Ötən ay Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 45,4 milyon dollar təşkil edib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 25,9 milyon dollar və ya 36,2% azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,98%-ni təşkil edib.
Əlavə edək ki, 2023-cü ilin eyni ayında Azərbaycan 71,3 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.
Gözəl Həşimova