Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilərlər. Bu barədə “Henley & Partners” tərəfindən hazırlanan “Pasportlar indeksi”ndə qeyd olunur.

“3 ay ərzində Azərbaycan reytinqdə 74-cü pillədən 73-cü pilləyə yüksəlib. Azərbaycan vətəndaşlarının vizasız səfər edə biləcəyi ölkələrin sayı 67-yə çatıb”, - deyə yenilənmiş "Pasportlar indeksi”ndə bildirilir. 

İndeksdə 2019-cu ilin II rübü ərzində dünya ölkələrinin vizasız rejimindəki dəyişikliklər əks olunur.

İndeksdə birinci yeri Yaponiya, Sinqapur və Cənubi Koreya bölüşür. Bu ölkələrin vətəndaşları 189 ölkəyə vizasız səfər edə bilərlər.

2-ci yerdə Almaniya (188 ölkə), 3-cü yerdə isə 5 dövlət – Danimarka, Finlandiya, Fransa, İtaliya və İsveç qərarlaşıb. Böyük Britaniya 5-ci (185), ABŞ isə 6-cı yerdədir (184).

“İndeksdə sonuncu yerləri İraq və Əfqanıstan tutur. Bu dövlətlərin vətəndaşları 30 ölkəyə vizasız səfər edə bilərlər”, - deyə sənəddə vurğulanır.