Azərbaycan və Səudiyyə Ərəbistanı nəqliyyat, xüsusilə aviasiya və innovasiyalar sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşü barədə özünün "X" hesabında yazıb.

"Səudiyyə Ərəbistanının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşdük. İki ölkə arasında nəqliyyat, xüsusilə aviasiya və innovasiyalar sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə nazir əlavə edib.