Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Qırğız Respublikasının bu ölkədəki səfiri Ruslan Kazakbayev ilə görüşüb.

Bunu R.Məmmədov sosial şəbəkədə yazıb.

"Bu gün Qırğız Respublikasının bu ölkədəki səfiri Ruslan Kazakbayev səfirliyimizi ziyarət etdi. Görüşdə Azərbaycan-Qırğızıstan əlaqələrinə dair müxtəlif məsələləri müzakirə etdik", - diplomat vurğulayıb.