Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyu ziyarət edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi "X" sosial media platformasında məlumat verib.

Qeyd edilib ki, tərəflər iki ölkə arasında mədəni əməkdaşlığın inkişafı, həmçinin turizm sahəsində iş birliyi üçün mümkün addımların qiymətləndirilməsi ilə bağlı müzakirələr aparıblar.