Azərbaycanda aparıcı sərgi təşkilatçılarını, sərgi salonları və mərkəzləri, sərgi, yarmarka, konqres və tədbirlər sənayesində fəaliyyət göstərən xidmət şirkətlərini bir araya gətirən Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının (ASTA) üzvlərinin sayı artıb. 

İqtisadiyyat.az xəbər verir ki, “Admedia” Assosiasiyanın yeni üzvü olub. Bununla da təşkilatın üzv sayı 25-ə çatıb. Birliyin əsas məqsədi sərgi təşkilatçılarının fəaliyyətinin əlaqələndirilməsinə, onların arasında bilik və təcrübə mübadiləsinin təmin edilməsinə kömək etməkdən ibarətdir.

Qeyd edək ki, “Admedia” reklam agentliyi ölkənin aparıcı reklam şirkətlərindən biridir. “Admedia” sərgilərin və tədbirlərin təşkili, istehsalı, TV-radio reklamları, çöl reklamları, daxili reklamlar, Sosial Media reklamları, kreativ həllər və reklamın birbaşa istehsalı ilə məşğul olaraq 360 dərəcəli xidmət göstərir.