Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Xudatda göbələkdən zəhərlənmə faktını araşdırmağa başlayıb.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

Qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, ilkin məlumata görə, Xaçmaz rayonunun Şimali kənd sakinləri, 1944-cü il təvəllüdlü Nemətova Roza Bədəl qızı və onun qızı, 1979-cu il təvəllüdlü Ağayeva Çimnaz Nemət qızı göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, R.Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.